00:00:00
Yazar
Nərmin Həşimova
05.05.2026 20:11 16 2 dəq oxuma
Sosial

Hüquqi savadsızlıq: cəmiyyət üçün görünməyən təhlükə

Hüquqi savadsızlıq: cəmiyyət üçün görünməyən təhlükə

Müasir dövrdə hüquqi biliklər yalnız hüquqşünaslar üçün deyil, hər bir vətəndaş üçün vacibdir. Lakin bir çox insan gündəlik həyatda qarşılaşdığı hüquqi məsələlər barədə kifayət qədər məlumata sahib deyil. Bu isə müxtəlif problemlərə, maddi zərərlərə və hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Hüquqi savadsızlıq cəmiyyətdə haqsızlıqların artmasına, insanların öz hüquqlarını qoruya bilməməsinə gətirib çıxarır.


Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün cəmiyyətdə təkcə adi vətəndaşlar deyil, hətta hüquq təhsili alan bəzi şəxslər də müəyyən hallarda hüquqi savadsızlıq nümayiş etdirirlər:


“Bu isə ciddi problemlərə səbəb olur. Çünki hüquqi biliklərin zəif olması insanların müxtəlif hallarda aldadılmasına, hüquqlarının pozulmasına və maddi zərər görməsinə gətirib çıxarır. Əslində hər bir vətəndaş bilməlidir ki, hüquqi məsələlərdə peşəkar dəstək almaq vacibdir. Necə ki, insan xəstələndikdə həkimə müraciət edir, avtomobil xarab olduqda ustaya aparılır, eləcə də hüquqi problemlər zamanı hüquqşünasa və ya vəkilə müraciət olunmalıdır. Müqavilə bağlayarkən, maliyyə öhdəlikləri götürərkən və ya hüquq-mühafizə orqanları ilə qarşılaşdıqda bu, xüsusilə, əhəmiyyət kəsb edir. Peşəkar hüquqi yardım almaq insanları səhv qərarlardan qoruyur və onların hüquqlarının müdafiəsini təmin edir. Bu baxımdan vətəndaşların vəkillərdən istifadə etməsi zəruri hesab olunur. Digər tərəfdən, dövlət də bu sahədə aktiv rol oynamalıdır. Hüquqi maarifləndirmə layihələrinin həyata keçirilməsi, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi və maarifləndirici proqramların təşkili cəmiyyətdə hüquqi savadlılığın artırılmasına kömək edə bilər. Bu isə nəticə etibarilə bir çox hüquqi problemlərin qarşısını almağa imkan verər”.


Cavahir Əsgərbəyli

#təhlükə #hüquq #savadsızlıq #müraciət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər