00:00:00
Yazar
Zəhra Həsənova
28.04.2026 21:40 30 2 dəq oxuma
Sosial

IBAN kodunun əsas məqsədləri və üstünlükləri

IBAN kodunun əsas məqsədləri və üstünlükləri

IBAN Beynəlxalq Bank Hesab Nömrəsi, bank hesablarının unikal şəkildə tanınmasını və pul köçürmələrinin sürətli, dəqiq və təhlükəsiz icra olunmasını təmin edən beynəlxalq standartdır. Hər bir IBAN kodunun özünəməxsus strukturu var və bu struktur beynəlxalq səviyyədə müəyyən edilib. Azərbaycanda da IBAN sistemi bank xidmətlərinin ayrılmaz hissəsinə çevrilib.

 

Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq pul köçürmələrində IBAN istifadə etmək ən etibarlı və praktik üsul hesab olunur:

 

"IBAN kodunu əldə etmək üçün ilk növbədə bankda hesab açmaq lazımdır. Hesab açıldıqdan sonra bank tərəfindən hər bir müştəriyə avtomatik olaraq unikal IBAN kodu təqdim edilir. Müştərilər öz IBAN kodlarını bankın mobil tətbiqində, internet bankçılıq sistemində, bankomat qəbzlərində və ya birbaşa bank filialına müraciət etməklə asanlıqla öyrənə bilərlər. Bu kod adətən hesab məlumatlarının ayrılmaz hissəsi kimi təqdim olunur və gündəlik köçürmələrdə geniş istifadə edilir. IBAN kodundan istifadə pul köçürmələrinin daha sürətli, dəqiq və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Bu sistem hesab nömrələrinin standart formada təqdim olunmasını təmin etdiyinə görə səhv ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Nəticədə, vəsaitin yanlış hesaba göndərilməsi riski minimuma enir və beynəlxalq köçürmələrin icrası zamanı gecikmələr azalır. Bundan əlavə, IBAN sistemi banklar arasında məlumat mübadiləsini asanlaşdırır və əməliyyatların izlənməsini daha şəffaf edir. Müasir bank sistemində əksər ölkələrə beynəlxalq köçürmələrin həyata keçirilməsi üçün IBAN kodu əsas tələb hesab olunur. Nadir hallarda, IBAN istifadə olunmayan ölkələrə alternativ məlumatlar, məsələn hesab nömrəsi və bankın digər identifikasiya kodları vasitəsilə köçürmə etmək mümkündür. Lakin belə hallarda əməliyyatın icrası daha uzun çəkə, əlavə komissiya xərcləri yarana və texniki səhvlərin baş vermə ehtimalı arta bilər. Buna görə beynəlxalq pul köçürmələrində IBAN istifadə etmək ən etibarlı və praktik üsul hesab olunur".

 

Samirə Allahverdizadə

#gündəm #iban #azərbaycan #baki #əsas
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər