00:00:00
Yazar
Admin User
20.09.2025 19:43 232 1 dəq oxuma
Mədəniyyət

“İblis kimdir, İblis nədir?”

“İblis kimdir, İblis nədir?”

20 sentyabr 2025-ci il Bakı – Azərbaycan Milli Akademik Dram Teatrında Hüseyn Cavidin bəşəri mövzuları əks etdirən məşhur “İblis” əsərinin tamaşası baş tutub. Tamaşa teatrsevərlərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

 

"İnformator.az" xəbər verir ki, əsərdə İblis obrazını istedadlı aktyor Anar Heybətov, Arif obrazını isə sevilən sənətçi Murad İsmayıl canlandırıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mehriban Ələkbərzadədir.

 

Səhnədə xeyirlə şərin mübarizəsi, insanın mənəvi dəyərləri ilə nəfs arasında gedən müharibə təsirli şəkildə təqdim olunub. Arif obrazı bu mübarizədə zəiflik göstərərək öz nəfsinə məğlub olur və pula, həvəsə yenik düşür. Bu əsərin əsas faciəvi məqamlarından biridir.

 

Finalda isə “İblis kimdir, İblis nədir?” sualları səslənir. Hüseyn Cavid göstərir ki, İblis təkcə xarici qüvvə deyil, həm də insanın daxilində gizlənən ehtirasların, zəifliklərin və xəyanətlərin simvoludur. Bütün xəyanətlərin və bəlaların səbəbkarı da məhz bu daxili İblisdir.

 

Tamaşa aktyorların güclü ifası, səhnə dekorasiyası və işıq effektləri ilə teatrsevərlərin yaddaşında dərin iz buraxıb. Tamaşaçılar bildiriblər ki, Hüseyn Cavidin “İblis”i bu gün də aktuallığını qoruyur və insanları düşündürməyə vadar edir.

 

Hər birimizdə gizlənən İblis kimdir və həyatımızdakı xəyanətlərin səbəbkarı nədir?

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər