İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib
Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, sənətçinin İstanbuldakı evində halı pisləşib və təcili yardımla xəstəxanaya aparılıb.
Məlumata görə, buna səbəb müğənninin təhlükəli virusa yoluxması olub. O, hazırda həkimlərin nəzarəti altındadır.