00:00:00
Yazar
Nərmin Həşimova
04.08.2026 21:58 29 2 dəq oxuma
Maraqlı

İçimizdəki uşaqlıq

İçimizdəki uşaqlıq

Bəzən elə olur ki, içinizdən qeyri-ixtiyari mahnı oxumaq hissi keçir. Elə bil o an kimsə sizə pıçıldayır: "Gəl, avaz-avaz oxuyaq..." Və həmin an içinizdən bir ah keçir: "Kaş indi də uşaq olaydım..." Amma həqiqət budur ki, siz o uşağı heç vaxt tam itirməmisiniz. İllər keçib, yaş artıb, saçlara dən düşüb. Ancaq uşaqlıqdan qalan bəzi vərdişlər hələ də sizinlə yaşayır. Sadəcə bunu çox vaxt özünüz hiss etməmiş ola bilərsiniz. Məsələn, küçədə gedərkən səki daşlarının arasındakı xətlərin üstünə basmamağa çalışarsınız.
 

Sanki görünməz bir oyun hələ də davam edir. Yolda qarşınıza çıxan balaca bir su gölməçəsini görəndə özünüzü super qəhrəman kimi hiss edib onun üzərindən var gücünüzlə tullanarsınız. Məhəllədə oynayan uşaqların topu qabağınıza düşəndə özünüzü bir anlıq dünya ulduzu hesab edərək bir-iki hərəkət edib "vaxtilə mən də pis oynamırdım...”,-deyə uşaqlara içinizdən bunu bildirmək keçər. Nəyisə çox istəyəndə hələ də içinizdən "yox, mən məhz bunu istəyirəm!" deyən o balaca uşaq sanki deyinməyə başlayır. Amma bir həqiqət də var ki, bu sadaladıqlaeımın hamısından güclüdür. Belə ki, canınız ağrıyanda, qorxanda, çıxılmaz vəziyyətdə qalanda yaşınızın neçə olmasının heç bir əhəmiyyəti qalmır. O anda dilinizdən ilk çıxan söz yenə də eyni olur: ANA!
Deməli, içimizdəki uşaq heç bir yerə getməyib. O, sadəcə böyümüş bədənimizin içində sakitcə yaşayır. Çalışın ki, onu itirməyəsiniz. Çünki insanı insan edən də, həyata saf baxmağı öyrədən də məhz içimizdə yaşayan o balaca uşaqdır.


Ürfət Mirzəyev

#i̇çimizdəki #baki #azərbaycan #uşaqlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər