00:00:00
Yazar
Admin User
09.02.2026 16:00 59 2 dəq oxuma
Maraqlı

İctimai Wi-Fi

İctimai Wi-Fi

Kafelərdə, ticarət mərkəzlərində, hava limanlarında və hətta ictimai nəqliyyatda pulsuz Wi-Fi artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bir kliklə internetə çıxış rahatlıq yaratsa da, bu rahatlığın arxasında ciddi kiber risklər gizlənə bilər. Şəxsi məlumatların oğurlanması, bank hesablarına müdaxilə və hesabların ələ keçirilməsi kimi təhlükələr çox vaxt məhz ictimai Wi-Fi şəbəkələri üzərindən baş verir. 

 

Mövzu ilə bağlı müsahibəsində İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, ictimai Wi-Fi şəbəkələri fərdi bağlantılardan fərqli olaraq çox vaxt şifrələnmir, bu da məlumat paketlərinin havada "açıq mətn" şəklində gəzməsinə səbəb olur:

 

"Ən böyük risk "Ortadakı adam" hücumudur. Bu zaman kiber-cinayətkar sizinlə Wi-Fi nöqtəsi arasında dayanıb ötürdüyünüz bütün parolları və şəxsi mesajları oxuya bilir. Dələduzlar tez-tez kafelərin adına bənzər saxta "Evil Twin" şəbəkələri yaradırlar ki, siz onlara qoşulduğunuz andan etibarən, bütün trafikiniz birbaşa onların nəzarətinə keçir. İctimai Wi-Fi vasitəsilə cihazınız izlənilə və hətta uzaqdan idarə oluna bilər. Şəbəkə inzibatçısı və ya eyni şəbəkədə olan peşəkar bir haker sizin daxil olduğunuz saytları (URL ünvanlarını), istifadə etdiyiniz proqramları və cihazınızın unikal MAC ünvanını görə bilər. Cihazınızda köhnə proqram təminatı və ya açıq paylaşım portları varsa, hakerlər şəbəkə üzərindən cihazınıza sızaraq şəxsi fayllarınızı və fotoşəkillərinizi ələ keçirə bilərlər. İctimai şəbəkələrdə təhlükəsizliyi təmin etməyin ən effektiv yolu VPN istifadə etməkdir. VPN sizin bütün məlumatlarınızı şifrəli tunel vasitəsilə ötürərək hakerlər üçün oxunmaz edir. İctimai şəbəkəyə qoşularkən heç vaxt bank tətbiqlərinə daxil olmamaq, cihazın parametrlərində "avtomatik qoşulma" və "fayl paylaşımı" funksiyalarını söndürmək vacibdir. Əgər sayta daxil olarkən brauzeriniz "Bağlantınız təhlükəsiz deyil" xəbərdarlığı verirsə, dərhal həmin saytdan çıxmaq şəxsi məlumatlarınızın sızmasının qarşısını alacaq ən sadə addımdır”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər