İKİ AİLƏNİN DRAMI – “KEÇMİŞDƏN-GƏLƏCƏYƏ DOĞRU”
Hacı : Gənc universteti tələbəsi (20 yaş)
Güləsər: Hacının anası, müəllimə (55 yaş)
Həsən: Hacının atası, universitet müəllimi (57 yaş)
Sənan: Hacının qrup yoldaşı, yaxın dostu (19 yaş)
Afət: Sənanın anası (50 yaş)
Rüstəm: Sənanın atası (60 yaş)
Sevinc, Ayşə: zərif xoş simalı qızlar.
Hacı, Sənanın qrup yoldaşı, eyni zamanda yaxın dostlar (23, 24 yaş)
1-ci pərdə
Pərdələr qalxır, səhnə yavaş-yavaş işıqlanır. Universitetin həyəti görünür. Tələbələrin dərsdən çıxan zamanı idi. Günəşin isti şualarından qaçan tələbələr şam ağaclarının kölgələri ilə çıxışa doğru irəliləyirlər. Hacı əlində kitab universitetin darvazasına çatmışdı ki, kimsə onu səslədi, ayaq saxlayıb arxaya çevrildi.
Sənan: Hacı! Hacı! Hacı!
Hacı: Nə olub belə? (asta səslə)
Sənan (təngənəfəs halda): Bir dayanmırsan ki, oh, gözlə nəfəsimi alım.
Hacı: Sənan, bu gün son gündür, qrup işini edək artıq.
Sənan: Hə, mən də onu deyəcəkdim. Bilirsən də özün axrıncı dəfə müəllim nə demişdi…
Hacı: Yaxşı gedək. Aysə, Sevincə də deyək saat 5-də Universitetin həyətində toplaşaq.
Elə bu vaxt Ayşə, Sevinc də gəlir.
Günel: Belə, gənclər dəqiqləşdirdinizmi?
Sevinc: Çox gec olmadan bitirməliyik.
Sənan: Kim unudar ki?
Hacı: Sabah saat 5-də universitetin həyətində toplaşacayıq. Evdən lazımı əşyalarımızı gedib götürək.
Sənan: Hacı, unutma son qeydlər sənin noutbukunda idi. Kopyalayıb gətirərsən.
Hacı: Yaxşı
Sevinc: Arxiv kitablarını da mən gətirəcəm.
Hacı: Vaxt itirmədən gedək.
Sənan: Görüşərik.
Hacı: Gecikməyin haaa. Sağ olun.
Hərkəs sağollaşıb universitetin həyətindən çıxır.
2-ci pərdə
Salonun ortasında stul, dörd tərəfdə qapılar, qapının birisi Sənanın otağına doğru açılırdı. Günəşin şüaları pəncərədən içəri düşərək alaqaranlıq otağı işıqlandırırdı. Sənan otağından çıxaraq.
Sənan: Ana! Tez universitetə getməliyəm: bu gün layihənin sonuncu günüdür, uşaqlarla birlikdə yekunlaşdırmalıyıq. Yeməyə nə var?
Afət: Get hazırlaş, indi gətirirəm.
Sənan: Uşaqlarla birlikdə yeyəcəm.
Sənan tələsik digər otağa əşyalarını götürməyə gedir. Bu vaxt Sənanın telefonuna zəng gəlir.
Afət: Oğul! Ay oğul! Zəng gəlir. Görən kimidir, Allah bu vaxt zəng edən. Telefonu açaraq qulağına tutur.
Afət: Alo, kimdi?
Sevinc: Salam xala, bağışlayın, narahat etdim. Sənanı olar bir dəqiqə?
Bu vaxt Sənan otaqdan əlində əşyalar çıxaraq salona daxil olur.
Afət: Qız zəng edib, gör nə deyir.
Sənan: Buyur, Sevinc.
Sevinc: Sənan arxiv qeydləri…
Sənan: Narahat olma, baxıram… Yaxşı, gözlə 15 dəqiqəyə gəlirəm.
Sənan telefonu söndürərək stolun üzərinə qoyur, pəncərənin kənarındakı rəfləri qarışdırır.
Afət (məzəli tərzdə): Ay səni daha qızlar zəng edir. Kimdi o qız, yaxşı ailədəndir? Nə vaxtdan danışırsız?
Sənan (bir az acıqlı): Ana, o mənim qrup yoldaşımdır. Qəti o fikrə getmə.
Afət: Bəs niyə qızı qarşılayırsan? Bəsdir, gözümdən qaçmaz.
Bu vaxt Rüstəm bəy salona daxil olur. Söhbətə müdaxilə edərək.
Rüstəm: məndə sənin vaxtında belə idim. Cavansan istədiyin qızlarla danış, görüş.
Afət: Bəsdir, ay kişi.
Sənan: Axı niyə belə düşünürsüz? Hər zaman belə mövzuları niyə açırsınız?
Afət: Nə var burda, pis bir şey dedik?
Sənan: Bu mövzuda əvvəlki kimi sizlə müzakirə aparmağa vaxtım yoxdu.
Afət: Bax belə, ancaq yad qızlarla xoş rəftar et. Biz kimik ki, onsuz?
Rüstəm: Hə, elədir, böyüyüb yekə kişi olub.
Sənan: Belə etməyin, ey gözümün nurları. Mən sizin övladınızam.
Əşyaları götürüb ayaqqabılarını geyinərək qanıqara halda evdən çıxır.
3-cü pərdə
Pərdələr yavaşca qalxır. Hacının evi və onun qarşısında maşın görünür. Hacı otağındakı əşyaları qapını açaraq pilləkənlərdən enib maşına yerləşdirir. Bu vaxt yan otaqda Güləsər yemek hazırlayır.
Güləsər: Hacı! Gözlə, yemek hazırlayıram, dərs edən zaman uşaqlarla yeyərsiz.
Hacı: Anacan əziyyət çəkmə, yolüstü alaram.
Həsən: Oğul, səbirli ol. Anana qulaq as.
Hacı: Baş üstə, atacan.
Bu vaxt Həsən bəyə zəng gəlir.
Həsən: Bəli.
Aysə: Salam, bağışlayın narahat etdim. Hacının qrup yoldaşı Ayşədir.
Həsən: Buyur, qızım.
Ayşə: Hacıya zəng çatmır.
Hacı (telefonu götürərək): Salam.
Ayşə: Salam, telefonun sönülüdür.
Hacı: Üzrlü say.
Ayşə: Hacı, siz tərəfdəyəm. Marşrut işləmir, yolüstü məni də götürə bilərsən, zəhmət olmasa?
Hacı: Əlbəttə. Gözlə gəlirəm indi.
Telefonu qapadaraq tələsik digər əşyaları yığışdırır.
Həsən: Nə olub oğul?
Hacı: Ayşə yolda qalıb
Güləsər: Tez ol oğul, gözlətmə qızı.
Hacı: Biz tərəfdədir.
Həsən: Evə dəvət etsəydin. Ayıb deyil yolda gözlədirsən?
Hacı: İndi tələsirik başqa vaxt dəvət edərəm.
Güləsər: Mütləq.
Həsən: Nə vaxt istəsən oğul, qapımız hər zaman dostlarına açıqdır.
Hacı: Baş üstə.
Güləsər: Buyur oğul, dərs edən zaman acanda yeyərsiz.
Hacı: Çox sağ ol, anacan.
Güləsər, Həsən: Uğurlar sizə, oğul.
Hacı evdəkilərələ sağollaşıb maşına oturaraq tələsik Universitetə doğru gedir.
4- cü pərdə
Uzaqdan yol görünür. Yolun kənarında ağaclar, yan tərəfdə masalı oturacaq. Ayşə kənarda ağacların yanındakı masalı oturacaqda əyləşərək not dəftərini açıb planşetdəki qeydlərə müqayisəli şəkildə baxır. Elə bu vaxt Hacı maşın ilə uzaqdan gəlir. Maşın dayanır. Ayşə maşına oturur və bir-biri ilə görüşərək hal-əhval tuturlar.
Hacı: Ayşə, bağışla gözlətdim.
Ayşə: Yox, narahat olma.
Hacı: Vaxt azdı yoxsa…
Ayşə: Narahat olma, əsas bu lahiyəni bitirək.
Hacı: Evdəkiler sənin gəlməyini istədilər…
Ayşə (gülümsünərək): Bu vaxtı qonaq? Çox sağ olsunlar!
Hacı (gülərək ): Bir az danladılar. Evə dəvət etmədiyimə görə, bilirsən də vaxt…
Ayşə: Bilirəm. Bir gün gedərik inşallah.
Hacı: Nə vaxt istəsən buyur.
Biraz sakitlik olur.
Ayşə: Hacı, Anan, atan cənnət kimi adamdılar.
Hacı: Elədir. sağ olsunlar.
Ayşə: Heç nəyə pis gözlə baxmırlar, bu dövrdə bilirsən də evdəkilər…
Hacı: Çox təəssüf ki, amma onları da qınaya bilmərik.
Ayşə: Əlbəttə, amma baxış tərzlərini bir az dəyişsələr… Pis baxmasalar…
Hacı: Hətta pis nəsə olsa belə, yaxşı tərəfdən baxmağı öyrədirlər mənə.
Ayşə: Sən çox şanslısan.
Hacı: Həm də çox… Onlar mənim nurlu gözlərimdir.
Ayşə: Tez çataq işimiz hədsiz çoxdur. Fotolar Sənanda idi?
Hacı: Bəli. Məndə başqa məlumatlar da var.
Ayşə: Çox yaxşı, hamımız birlikdə yığarıq.
5-ci pərdə
Qarşıda universitetin darvazası görünür. Sənan ilə Sevinc darvazanın yanında qarşılaşırlar. Bir-birilə danışaraq universitetin həyətinin içərisi ilə arxa tərəfə doğru irələyirlər.
Sənan: Görəsən, çatırlarmı?
Sevinc: Ayşə ilə danışdım, yoldadırlar.
Sənan: Lap yaxşı, biz yavaş-yavaş başlayaq.
Sənan kefsiz ggörünür. Bu, Sevincin gözündən qaçmır. Arxa tərəfdə çantalarını masa üzərinə qoyaraq əyləşirlər. Əşyaları çıxardıqdan sonra Sevinc Sənana baxaraq.
Sevinc: Sənan nəsə olub?
Sənan: Yox hər şey yaxşıdı.
Sevinc: Axı niyə yalan deyirsən, məgər, mən sənin dostun deyiləm?
Sənan: Əlbəttə, sən də, Hacı da, Sevinc də ən yaxın dostlarımsız.
Sevinc: Evdəkiler nəsə dedi?
Sənan: Yox, yox.
Sevinc: Sənan, bilirsən də vacib idi.
Sənan: Bilirəm. Belə düşünmə, həmdə ki…
Sevinc: Dərsdən sonra sizə gedib danışarıq.
Sənan: Əlbəttə, gedərik, amma bu barədə danışmayaq.
Sevinc: Səhv anlama, bir söz deyecem.
Sənan: Yox, əlbəttə, buyur.
Sevinc: Sənin ailən niyə elə düşünür axı? Səni çox sıxırlar, bəlli etməməyə çalışırsan, amma dərslərə üzgün halda gəlirsən. Məsələn, qız zəng edəndə, qız mövzusu olanda fərqli baxırlar.
Sənan: Bilmirəm.
Sevinc: Yox, məncə bilirsən.
Sənan: Onların dövründə hər şey fərqli idi. Ya zamana uyğunlaşa bilmirlər, ya da ki, özləri qəbul etmirlər.
Sevinc: Amma inan ki, burada pis heç nə yoxdur, bəlkə özləri görsələr, anlarlar.
Sənan: Hazırda zənn etmirəm, amma bəlkə bir gün.
Sevinc: Harda qaldılar bunlar?
Elə bu vaxt dostları əllərində çantalar ilə universitetin həyətində görünür. Hacı, Ayşə onların əyləşdiyi masaya tərəf gəlirlər. Bir-biriləri ilə görüşürlər.
Hacı: Günümüz uğurlu keçsin.
Sənan, Sevinc, Aysə: Başladıq.
Dostlar xeyli vaxt işləyilər, saat 7-də yaşıl çəməndə süfrə açıb, deyib, gülə-gülə yemək yeməyə başlayılar. Kefləri kök olur, artıq layihələrini sonladırırlar. Bir-iki çəkiliş qalır. Onu da yeməkdən sonra Ayşə həll etməlidir.
Beləliklə, Sevinc, Hacı süfrəni yığışdırır. Ayşə çəkilişi bitirir. Sənan da bir tərəfdən onu müşahidə edərək qeydləri tamamlayır. Artıq hər şey tamamlanır. Son olaraq gənclər yığışıb layiyənin adının nə olacağı barədə götür-qoy edir və nəhayət belə bir qərar gəlinir: ” Keçmişdən-gələcəyə doğru”.
Dərsə başlamağa 15 dəqiqə qalır. Hərkəs yığışıb bir-birlni tərifləyərək auditoriyaya daxil olur. Dostlar yazıları, görüntüləri yüksək səviyyədə təqdim edirlər. “Keçmişdən-gələcəyə doğru” olan layihə ilk yerə çıxır. Bütün auditoriya ayaqüstə onları alqışlayır.
SON
