00:00:00
Yazar
Admin User
27.04.2015 11:48 397 1 dəq oxuma
Sosial

İki daş karxanasının fəaliyyəti dayandırılıb

Eyni zamanda, müəssisədə çalışanların böyük əksəriyyəti ilə əmək münasibətlərinin rəsmiləşdirilmədiyi müəyyən olunub.
İki daş karxanasının fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əməyin mühafizəsi vəziyyətinin yerindəcə yoxlanılması məqsədilə həyata keçirdiyi növbəti nəzarət tədbiri zamanı Bakının Qaradağ rayonunda yerləşən, mişar daşlarının istehsal olunduğu (daş karxanaları) “Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də təhlükəli əmək şəraitinin mövcud olduğunu aşkarlayıb.

 “Təhlükəsiz iş aylığı” çərçivəsində və aidiyyəti qurumların (Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) əməkdaşlarının iştirakı ilə keçirilən nəzarət tədbiri nəticəsində müəssisədə işçilərin  xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, onların əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmadığı müəssisədə avadanlıq və qurğuların istismarı burda çalışanların həyatı üçün təhlükəli şəraitdə həyata keçirilir. İstehsalat qəzalarının qarşısının alınması üçün heç bir profilaktiki tədbirlər də görülməyib.

Eyni zamanda, müəssisədə çalışanların böyük əksəriyyəti ilə əmək münasibətlərinin rəsmiləşdirilmədiyi, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri, normal əmək və istirahət rejiminə, əməyin ödənilməsi normalarına riayət edilmədiyi də müəyyən olunub. Bu prinsipə uyğun olaraq, “Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də işlər əməyin mühafizəsi tələbləri yerinə yetirilənədək dayandırılıb və icrası məcburi olan göstərişlər verilərək akt tərtib edilib. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər