“İki ölkə arasında ticarət yaxşıdırsa,…”
İndiyədək Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) vasitəsilə ümumilikdə 89 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edilib və bunun 53 milyard kubmetrdən çoxu Avropa bazarlarına çatdırılıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, iki ölkə arasında ticarət yaxşıdırsa, ticarətin genişlənməsi iki ölkə arasındakı əlaqələrə müsbət təsir göstərir:
"Xüsusilə enerji resursları strateji əhəmiyyətə malik ticarət mallarıdır və bu təsiri daha da artırır. Rusiya üzərinə tətbiq olunan sanksiyalara Avropa artıq bu problemi müəyyən mənada həll edib. Ümumilikdə isə Azərbaycanın TANAP və TAP kimi strateji boru kəmərləri vasitəsilə enerji resurslarını ötürməsi ölkəmizin əhəmiyyətini artırır və bu proses müsbət təsir göstərir".
Günel Əlili
