00:00:00
Yazar
Səadət Əlizadə
05.05.2026 19:24 15 1 dəq oxuma
İqtisadiyyat

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” ilə tanış olublar.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.

 

Bildirilib ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri var.

 

“Caspian Agro Week” sərgisi kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı sahələrini əhatə edir. Eyni zamanda, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, “ağıllı” kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri nümayiş olunur.

#gündəm #19-cu #“caspian #sərgiləri #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər