00:00:00
Yazar
Admin User
23.02.2016 06:13 447 1 dəq oxuma
Siyasət

İlham Əliyev bu gün İrana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.
İlham Əliyev bu gün İrana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.

İnformator.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari məlumat verib.

O bu günlərdə Azərbaycan, İsveçrə və Cənubi Afrika prezidentlərinin İrana səfər edəcəyini bildirib.
 
Ənsarinin sözlərinə görə, Azərbaycan Prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir. İsveçrə prezidenti Yohann Niklaus Şnayder-Amman İrana 26-28 fevral aralığında, CAR prezidenti Ceykob Zuma isə fevralın 29-da səfər etməlidir.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər