00:00:00
Yazar
Admin User
18.12.2025 08:45 125 1 dəq oxuma
Mədəniyyət

İlin ən böyük elm hadisəsi

İlin ən böyük elm hadisəsi

Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilib.

 

Tədbirdə dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

 

Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında ölkənin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərdən bəhs edib. Nazir vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və əsas məqsəd təkcə nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə daha sıx inteqrasiyasını təmin etməkdir.

 

Nazir qeyd edib ki, sentyabr ayından etibarən ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirməsinə imkan yaradacaq. O, ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, eləcə də startap ekosistemi və texnoparkların inkişafının Azərbaycan elmi potensialının gücləndirilməsində mühüm rol oynadığını bildirib.

 

Çıxışının sonunda nazir NASCO XXVIII konfransının gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından əhəmiyyətli platforma olduğunu qeyd edərək tədbirin işinə uğurlar arzulayıb.

 

Fidan İbrahimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər