00:00:00
Yazar
Admin User
30.12.2025 14:47 93 1 dəq oxuma
Maraqlı

İlk qadınlardan ibarət kosmik uçuşdan sonra misoginiya dalğası

İlk qadınlardan ibarət kosmik uçuşdan sonra misoginiya dalğası

 

 

 

Vyetnam əsilli amerikalı astronavt bu ilin əvvəlində 1963-cü ildən bəri ilk dəfə yalnız qadınlardan ibarət kosmik uçuşdan sonra üzləşdiyi “təhqir və təzyiqlər sunamisi”nin onda depressiyaya səbəb olduğunu etiraf edib.

34 yaşlı alim və vətəndaş hüquqları fəalı Amanda Nguyen 11 dəqiqəlik Blue Origin kosmik uçuşunun heyətində yer alıb. Uçuşda həmçinin pop ulduz Keti Perri və Blue Origin şirkətinin qurucusu Ceff Bezosun həyat yoldaşı, jurnalist Loren Sançes də iştirak edib.

Birmənalı qarşılanmayan bu uçuşu bəzi çevrələr yüksək xərci və ətraf mühitə təsiri səbəbilə tənqid ediblər.

Yaşadıqları barədə danışan və kosmosa uçan ilk vyetnamlı qadın olan Nguyen bildirib ki, aldığı mənfi reaksiyalar onun arzularını “misoginiya uçqunu”nun altında qoyub.

 

BBC NEWS
Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər