00:00:00
Yazar
Admin User
28.04.2023 05:46 292 1 dəq oxuma
Dünya

İlon Mask daha 46 peyki orbitə göndərir

İlon Mask daha 46 peyki orbitə göndərir

"Tvitter"in təsisçisi İlon Maska məxsus kosmik nəqliyyat şirkəti orbitə daha 46 Starlink peyki göndərir.

 

INFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, kosmik nəqliyyat şirkəti SpaceX-ə aid 46 Starlink internet peykini orbitə daşıyacaq Falcon-9 raketi uğurla buraxılıb. Raket yerli vaxtla saat 09:40-da ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından uçuş edib.

 

Ötən gün həyata keçirilməsi planlaşdırılan, lakin texniki problemlərə görə təxirə salınan buraxlış SpaceX-in 2023-cü ildə 26-cı orbital missiyası olaraq qeyd edilib. SpaceX ötən həftə 21 ikinci nəsil Starlink peyklərini uğurla orbitə çıxarıb.

 

Qeyd edək ki, Starlink peykləri dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün hazırlanıb.


Bundan əlavə, SpaceX-də "Falcon 9", "Falcon Heavy", "Dragon Cargo" və "Starship", həmçinin "Starlink" kimi daha kosmik missiya maşınları var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər