00:00:00
Yazar
Admin User
17.12.2025 17:16 97 1 dəq oxuma
Sosial

İmtahanlarda qayda pozuntuları

İmtahanlarda qayda pozuntuları

Dövlət İmtahan Mərkəzi imtahan prosesinin bütün mərhələlərində şəffaflıq və bərabərliyi təmin etmək üçün ciddi nəzarət tədbirləri həyata keçirir. Qayda pozuntuları xüsusi yoxlama alqoritmləri və texnoloji vasitələrlə aşkarlanır, zəruri hallarda hüquq-mühafizə orqanlarına ötürülür.

 

Bu il bəzi abituriyentlərin qanunsuz texniki vasitələrdən istifadə etməsi faktları müəyyən edilib, təşkilatçı şəbəkə ifşa olunub və cinayət işi açılıb. Qaydaları pozan iştirakçıların imtahan nəticələri ləğv edilir. DİM bildirir ki, bu cür hallar imtahan sisteminin etibarlılığına zərər vurur və ədalətli rəqabətə mane olur.

 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür halların tam qarşısını almaq real olaraq mümkün deyil:

 

“Mən hesab edirəm ki, mövcud qanunvericilikdə bu kimi əməllərlə bağlı kifayət qədər məsuliyyət nəzərdə tutulub. Lakin biz bu gün informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən də hakerlər və digər kibercinayətkarlar daim sistemlərə müdaxilə etməyə, müxtəlif əməllər törətməyə çalışacaqlar. Bu, istənilən sahədə, o cümlədən bank sistemlərində də müşahidə olunur.

 

Bu cür halların tam qarşısını almaq real olaraq mümkün deyil. Əsas məsələ odur ki, nəzarət mexanizmləri gücləndirilsin, şəffaflıq təmin olunsun və bu sahədə çalışan şəxslər dürüst və məsuliyyətli olsunlar. Onların fəaliyyəti üzərində effektiv nəzarət həyata keçirildiyi təqdirdə risklərin qarşısını almaq daha asan olacaq”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər