00:00:00
Yazar
Admin User
27.01.2016 09:44 1376 1 dəq oxuma
Mədəniyyət

İndiki teleməkan mənə samovarı xatırladır

İstəyirsən bulaq suyu doldur, ya da çirkab suyu. Qaynadıb verəcəklər tamaşaçıya
İndiki teleməkan mənə samovarı xatırladır

Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu \"Topal Teymur\", \"Günahsız Abdulla\",  \"Ordan-burdan\", \"Ac həriflər\" kimi  onlarla tamaşanın rejissorusur.  Son vaxtlar fəaliyyətində bir durğunluq hiss olunmaqdadır. Elə buna görə də informnator.az saytı rejissorun bir az vaxtını alaraq ondan soruşub:     

 Ramiz müəllim siz bir çox təkrarsız televiziya tamaşalarına quruluş vermisiniz. Bu gün də tamaşaçılar sevə-sevə o tamaşalara baxır. Amma indi belə tamaşalar çəkilmir. Sizcə niyə?

-Mən də indi bilmək istərdim niyə tamaşalar çəkilmir.

Siz özünüz hazırda nə işlə məşulsunuz? Yaradıclıqla, yoxsa dincəlirsiniz?

-
Mən indi daha çox gözləməklə məşğulam.

 Azərbaycan televizyaları tele-seriallar təqdim etməkdədirlər. Sizcə tanmaşaçı auditoriyası toplaya bilirlər?

-
İndiki teleməkan mənə samovarı  xatırladır: istəyirsən bulaq suyu doldur, ya da çirkab suyu. Qaynadıb verəcəklər tamaşaçıya.

Niyə siz də  teleseriallar çəkmirsiniz?  Təklif olub?

 -Təklif olmayıb.  Onları başa düşmək olar: hansı üzlə təklif etsinlər? Bir həftəyə çəkilən 5-6 seriyanın nə keyfiyyəti ola bilər? Ona görə də səriştəsiz adamları cəlb edirlər.

Sizin də tamaşalar qoyduğunuz \"Yuğ\" teatrının yerləşdiyi bina sökülür. Bu məsələyə münasibətiniz.

-
Yuğ teatrının binasının sökülməsi müəyyən çətinliklər ayarada bilər truppa üçün. 

\"\"
Müəllif: Nazilə Xaqani

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər