00:00:00
Yazar
Aise Mustafayeva
23.09.2026 18:52 67 1 dəq oxuma
Dünya

İndoneziyada meşə yanğınları 170 mindən çox insanı xəstə salıb

 

İndoneziyada meşə yanğınları 170 mindən çox insanı xəstə salıb

İndoneziyada avqustdan etibarən 175 mindən çox insan tənəffüs yolu xəstəliklərindən əziyyət çəkib. Ölkədə həftələrdir davam edən meşə yanğınları güclü tüstüyə səbəb olub.

 

 

Yanğınlardan yaranan tüstü İndoneziyanın bəzi bölgələri ilə yanaşı, Malayziya və Sinqapura da yayılıb və havanın keyfiyyətini təhlükəli səviyyəyə çatdırıb. Yanğınlarla mübarizə üçün Borneo və Sumatra adalarına 54 mindən çox əməkdaş və onlarla təyyarə göndərilib.

 

 

Müstəqil monitorinq platformasının məlumatına görə, bu il ölkədə 734 mindən çox yanğın ocağı qeydə alınıb. Yanvar ayından etibarən 895 min hektardan çox ərazi yanıb.

 

 

Yanğınlar məktəblərin bağlanmasına, xəstəxanalara müraciətlərin artmasına və vəhşi təbiətə, o cümlədən oranqutanlara ciddi zərər vurub. Hakimiyyət yanğınların qarşısını almaq üçün bulud toxumlama əməliyyatlarından da istifadə edir.

 

Nurgün Qənizadə 

#gündəm #yanğınları #170 #meşə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər