00:00:00
Yazar
Admin User
05.01.2026 18:29 79 1 dəq oxuma
İqtisadiyyat

İnflyasiya rəqəmləri açıqlanıb

İnflyasiya rəqəmləri açıqlanıb

Türkiyə Statistika İnstitutu 2025-ci ilin dekabr ayına dair inflyasiya məlumatlarını yayımlanıb. İstehlak Qiymətləri İndeksi əvvəlki aya nisbətən 0,89 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 30,89 faiz artıb. On iki aylıq ortalamalara görə inflyasiya 34,88 faiz təşkil edib. 

 

Ən yüksək çəkiyə malik üç əsas xərc qrupunda illik qiymət artımları qida və alkoqolsuz içkilər 28,31 faiz nəqliyyat 28,44 faiz mənzil 49,45 faiz olub. Bu qrupların illik inflyasiyaya təsiri müvafiq olaraq 7,07 faiz 4,36 faiz və 7,52 faiz təşkil edib. 

 

Aylıq dəyişikliklərdə isə qida və alkoqolsuz içkilər 1,99 faiz artıb, nəqliyyat 1,03 faiz azalıb. mənzil 1,39 faiz yüksəlib. Bu qrupların aylıq inflyasiyaya təsiri qida və alkoqolsuz içkilər üzrə 0,48 faiz nəqliyyat üzrə -0,16 faiz mənzil üzrə isə 0,24 faiz olub. 

 

COICOP-un beşinci səviyyəsinə daxil olan 143 əsas kateqoriya üzrə 2025-ci ilin dekabr ayında 27 kateqoriya üzrə indeks azalıb, 8 kateqoriya üzrə dəyişiklik olmayıb və 108 kateqoriya üzrə indeks artıb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər