00:00:00
Yazar
Admin User
12.12.2025 18:06 91 2 dəq oxuma
Sosial

İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi müasir dövrdə dövlət suverenliyinin əsas elementidir və həm rəqəmsal infrastrukturun, həm də ictimai rəyin manipulyasiya və təhdidlərdən qorunmasını tələb edir. Kiberhücumlar, dezinformasiya və sosial şəbəkə manipulyasiyası bu sahədə ən geniş yayılmış risklərdir. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, informasiya cəbhəsi artıq real döyüş meydanının ayrılmaz hissəsidir həmin dövrdə feyk xəbərlər və məlumat savaşları hərbi əməliyyatlarla paralel şəkildə aparılıb. Dünya təcrübəsində Estoniya kibermüdafiə modeli, Finlandiya isə media savadlılığı vasitəsilə dezinformasiyaya qarşı dayanıqlılığı ilə seçilir. Azərbaycanda Elektron Təhlükəsizlik Xidməti və Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə əsas strukturlardır. Bütün bunlar informasiya təhlükəsizliyinin ölkənin siyasi dayanıqlığı və milli təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıdığını göstərir.

 

Mövzu ilə bağlı müsahibəsində İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, informasiya təhlükəsizliyinə yönəlmiş kiberhücumların və dezinformasiya kampaniyalarının artdığı bir dövrdə dövlət suverenliyini qorumaq üçün üç əsas istiqamət üzrə addımlar atılmalıdır:

 

“İlk olaraq infrastrukturun möhkəmləndirilməsidir. Estoniya modelinə uyğun olaraq, kritik dövlət informasiya infrastrukturunun kibermüdafiə sistemi sıfırdan güvən prinsipi əsasında gücləndirilməli, daimi proaktiv monitorinq və kiber-təhdid intellekti təmin edilməlidir. İkincisi ictimai dözümlülüyün artırılmasıdır. Finlandiya təcrübəsindən öyrənərək, media və məlumat savadlılığı təhsili məktəb proqramlarına daxil edilməli, ictimaiyyətin feyk xəbərləri və manipulyasiyanı müstəqil olaraq ayırd etmək qabiliyyəti artırılmalıdır. Üçüncüsü qanunvericiliyin uyğunlaşdırılmasıdır. Kiberhücumlar və dezinformasiya kimi hibrid təhdidlərə görə cinayət məsuliyyətini və dövlət qurumlarının səlahiyyətlərini dəqiqləşdirən qanunvericilik bazası təkmilləşdirilməlidir. Dövlət-özəl sektor əməkdaşlığı kibermüdafiədə həlledici əhəmiyyət daşıyır, çünki ölkənin rəqəmsal infrastrukturlarının böyük hissəsi özəl şirkətlərə məxsusdur və ya onların idarəetməsindədir. Özəl sektor həm ən son texnologiyalara və ixtisaslaşan kadr bazasına malikdir, həm də kiber-hücum intellektinin real-vaxt rejimində toplanmasında əsas mənbədir. Bu əməkdaşlıq iki istiqamətdə vacibdir:

 

Birinci vacib məqam məlumat mübadiləsidir. Dövlət təhlükəsizlik xidmətləri aşkar edilən təhdidləri dərhal özəl sektorla paylaşmalı, özəl sektor isə öz infrastrukturunda aşkar etdiyi zəiflikləri və hücumları dövlətə məlumatlandırmalıdır. Digər vacib məqam standardlaşdırma və sertifikasiyadır. Hökumət özəl sektora aid kritik infrastrukturlarda tətbiq ediləcək minimum kibertəhlükəsizlik standartlarını müəyyən etməli və bunun icrasına nəzarət etməlidir. Bu sinerji olmadan, kibermüdafiə sistemi yalnız qismən effektiv ola bilər”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər