00:00:00
Yazar
Admin User
06.10.2025 14:29 130 1 dəq oxuma
İqtisadiyyat

ING: Azərbaycan xarici dayanıqlığı qoruyur, lakin cari hesab balansı təzyiq altındadır

ING: Azərbaycan xarici dayanıqlığı qoruyur, lakin cari hesab balansı təzyiq altındadır

Niderlandın ən böyük bank qrupu "ING Group" proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycan cari əməliyyatlar hesabında ÜDM-in təxminən 2 %-i səviyyəsində profisit saxlayacaq.

 

"İnformator.az"ın ING-yə istinadən verdiyi məlumata görə, lakin 2026-cı ildə bu göstərici defisitə keçə bilər və təxminən ÜDM-in 3,3 %-ni təşkil edə bilər.

 

Bildirilib ki, profiisitin azalması dünya neft qiymətlərinin aşağı düşməsi və idxalatın davamlı artması ilə əlaqədar ticarət balansının tədricən azalması ilə şərtlənir.

 

"Ticarət profisiti sıfıra yaxınlaşdıqca cari hesab profisiti azalmağa davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarındakı axınlara daha çox diqqət yetirir və faiz dərəcəsi haqqında son bəyanatlarında xarici sabitliyin qorunmasının vacibliyini vurğulayır. 2025-ci ildə cari hesab ÜDM-in təxminən 2 %-i həcmində kiçik profisitlə qalacağını gözləyirik. Lakin mövcud tendensiyalar davam edərsə, 2026-cı ildə defisitə keçid riski yüksək olaraq qalır", - ING-nin hesabatında qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər