İngiltərə kralı Çarlza yumurta atan şəxsin cəzası müəyyənləşib
“Bu ölkə qul qanı üzərində qurulub” deyə qışqıran və İngiltərə kralı Çarlza yumurta atan şəxsin cəzası bəlli olub.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2022-ci ilin noyabrında York şəhərinə səfəri zamanı İngiltərə kralı III Çarlza yumurta atan Patrick Thelwell ittiham olunur.
Kral Çarlza yumurta atan 23 yaşlı Thelwell haqqında məhkəmə keçirilib.
Məhkəmədə Thelwell yumurta atdığını etiraf edərək, bunun "cəzasız zorakılıq aktı" olduğunu iddia edib. Hakim məhkəmənin sonunda Thelwell-i təhdid edən davranışda günahkar bilib, ictimai asayişi pozduğuna qərar verib.
Krala yumurta atan Thelwell 100 saatlıq ödənişsiz işə, 12 ay ictimai işlərə cəlb olunacaq, eyni zamanda cərimə ödəyəcək.
Xatırladaq ki, Kral Çarlz və həyat yoldaşı Kamilla 9 noyabr 2022-ci ildə Kraliça II Yelizavetanın heykəlinin açılışı üçün getdikləri Yorkda ziyarət zamanı bir etirazçı onlara yumurta atmışdı. Polis tərəfindən saxlanılan şəxs “Bu ölkə qul qanı üzərində qurulub” deyə qışqırıb.
Səadət Quliyeva
