00:00:00
Yazar
Admin User
18.04.2023 13:17 244 1 dəq oxuma
Dünya

İngiltərədə işsizlik son 40 ilin rekordunu yaşayır

İngiltərədə işsizlik son 40 ilin rekordunu yaşayır

İngiltərədə inflyasiya fevral ayında 10,4 faiz artaraq son 40 ilin ən yüksək səviyyəsinə yaxınlaşıb.

 

İnformtor.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin verdiyi açıqlamada yanvar ayında 3,7 faiz olan işsizliyin fevral ayında yüzdə 3,8-ə yüksəldiyi, ölkədəki ümumi işsizlərin sayının hazırda 1 milyon 292 min səviyyəsində olduğu bildirilib.

 

Açıqlamada bildirilib ki, ölkədə məşğulluq bazarında ixtisaslı işçi çatışmazlığı cari ilin mart ayı etibarilə 47 min nəfər azalaraq 1 milyon 105 min nəfər olub.

 

İngiltərə Maliyyə Naziri Jeremy Hunt məlumatları "İşsizlik bütün zamanların ən aşağı səviyyəsində qalarkən, gəlir artımı inflyasiya artımının altında qalmaqdadır. Bu səbəbdən inflyasiyanın yarıya endirilməsi əsas iqtisadi prioritetimizdir" şəklində şərh edib.


Qeyd edək ki, İngiltərədə fevral ayında ərzaq qiymətləri də 18,2 % ilə son 45 ilin ən kəskin artımını yaşayıb.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər