00:00:00
Yazar
Admin User
11.12.2025 17:54 180 2 dəq oxuma
Sosial

İnsan Resurslarının şirkətlərdə strateji rolu və işçi inkişafına təsiri

İnsan Resurslarının şirkətlərdə strateji rolu və işçi inkişafına təsiri

Son illər şirkətlərdə İnsan Resursları (İR) idarəçiliyinin rolu ənənəvi kadr funksiyasından çıxaraq strateji səviyyəyə yüksəlib. Azərbaycan da daxil olmaqla bir çox ölkədə aparılan təşkilati dəyişikliklər İR şöbələrinin biznesin inkişafında daha fəal rol oynamasına səbəb olur.


Mövzu ilə bağlı HR mütəxəssisi Sevda Quliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, insan resursları üzrə mütəxəssisin şirkət üçün strateji rolu son dərəcə vacibdir. Onun fikrincə, işçilərin motivasiyası və peşəkarlığı şirkətin uğurunda həlledici amillərdəndir:

 

“İşə qəbul prosesində, təlim proqramlarının keyfiyyətinin təmin edilməsində, korporativ mədəniyyətin formalaşdırılmasında uğur qazanmaq üçün CHRO və ümumilikdə İR əməkdaşları hər zaman ədalətli olmalı, işçiləri düzgün qiymətləndirməlidirlər. Sahibkar və ya dövlət qurumu rəhbəri əsasən şirkətin strateji inkişafına fokuslandığı üçün işçilərlə bağlı qərarların çoxu məhz CHRO-dan asılı olur. Əgər CHRO ədalətli deyilsə, bu, artıq problemdir və işçilərin motivasiyasının azalmasına, nəticədə işin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Təlimlərimdə də vurğulayıram: hörmətli CHRO-lar, siz yalnız kreslo və status üçün yox, insanların inkişafı üçün də məsuliyyət daşıyırsınız. Heç kim yalnız öz vəzifəsini düşünməməli, insan faktorunu, əməkdaşların rifahını da nəzərə almalıdır. Şirkətdə, eləcə də ölkə səviyyəsində əldə etdiyimiz uğurların böyük qismi insan resurslarının düzgün idarə edilməsinin nəticəsidir".

 

Sevda Quliyeva həmçinin bildirib ki, sahibkarlara işçilərə dəstəyi əsirgəməməklə bağlı çağırış edir. Onun sözlərinə görə, o, daim təlimlərdə iştirak edir və bu prosesdə rəhbər şəxslərin də karyera və inkişaf baxımından dəstəyə ehtiyacının olduğunu görür. Mütəxəssis hesab edir ki, göstərilən belə dəstək həm şirkətlərin dayanıqlığına, həm də ölkənin ümumi inkişafına müsbət təsir göstərə bilər.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər