00:00:00
Yazar
Admin User
02.02.2026 17:20 67 1 dəq oxuma
Maraqlı

İnsanlar niyə getdikcə bir-birindən uzaqlaşır?

İnsanlar niyə getdikcə bir-birindən uzaqlaşır?

Müasir dövrdə insanlar texnologiya vasitəsilə bir-birinə daha yaxın görünür. Lakin reallıqda bir çox insan özünü tənha hiss edir. Gündəlik həyatın sürəti, sosial şəbəkələrin təsiri, qarşılıqlı anlayışın azalması cəmiyyətdə məsafə yaradır.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, müasir həyat sürətli və yüklüdür:

 

 

"İnsanlar daha çox yaşamaq üçün deyil, çatdırmaq üçün yaşayır. Bu temp münasibətlərə ayrılan zamanı və diqqəti azaldır. Üstəlik, texnologiya ünsiyyəti asanlaşdırsa da, emosional yaxınlığı hər zaman təmin etmir. İnsanlar əlaqədədir, amma dərinlikdə tək qalırlar. Bəli, empati zəifləyib. Çünki insanlar öz problemləri və stressləri ilə o qədər məşğuldur ki, başqasının hisslərinə yer qalmır. Sosial şəbəkələrdə hər şey sürətli və səthidir, bu da hissləri anlamaq yox, reaksiya vermək vərdişi yaradır. Empati vaxt, diqqət və emosional enerji tələb edir, bunlar isə getdikcə azalır.İnsanlar hisslərini açıq şəkildə ifadə etməkdən çəkinirlər, çünki zəif görünməkdən qorxurlar. Keçmiş təcrübələrdə anlaşılmamaq, lağa qoyulmaq və ya rədd edilmək insanlarda qoruyucu mexanizmlər formalaşdırır. Bir çoxları üçün susmaq, hissləri gizlətmək özünü qorumağın daha təhlükəsiz yolu kimi görünür. Nəticədə insanlar bir-birinə yaxın olsa da, emosional olaraq uzaq qalır".

 

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər