00:00:00
Yazar
Admin User
15.12.2025 17:43 114 3 dəq oxuma
Sosial

İnsanları üçün ən doğma bayram hansıdır?

İnsanları üçün ən doğma bayram hansıdır?

Bayramlar cəmiyyətin mədəni yaddaşını, ailə dəyərlərini və ortaq ənənələrini əks etdirən mühüm günlərdir. Onlar insanların bir araya gəlməsinə, keçmişlə bağ qurmasına və mənəvi dəyərləri paylaşmasına şərait yaradır. Hər bayram fərqli məna daşısa da, insanların yaddaşında xüsusi doğmalıq qazanan günlər var. Bunun görə də əhali arasında sorğu keçirərək öyrəndik ki, onlar üçün  ən doğma bayram hansıdır.

 

"İnformator.az"a danışan Zeynəb Əsədli bildirib ki, onun üçün ən doğma bayram Novruz bayramıdır. Çünki bu bayram təkcə təbiətin oyanışını deyil, insanların daxilində baş verən yenilənməni də ifadə edir:

 

"Bu bayram mənə yeni başlanğıcları, ümid dolu günləri və ailəmlə, yaxınlarımla birlikdə olmağın dəyərini xatırladır. Novruz günlərində insanların bir araya gəlməsi, inciklikləri unudub barışması və paylaşma mədəniyyətini yaşatması bu bayramı mənim üçün daha mənalı edir. Düşünürəm ki, Novruz cəmiyyətdə birlik, mərhəmət və humanizm kimi dəyərlərin möhkəmlənməsinə xidmət edir və məhz buna görə də insanların yaddaşında xüsusi doğmalıq qazanır. Gələcək nəsillər üçün Novruz, Qurban və Ramazan bayramlarının qorunub saxlanılması çox vacibdir. Bu bayramlar insanlarda birlik və həmrəylik hissini gücləndirir, mərhəmət və humanizm kimi mənəvi dəyərləri yaşadır".

 

Saytımıza danışan Xanım Vəliyeva isə qeyd edib ki, onun üçün də ən doğma bayram Novruz bayramıdır:

 

“Novruz mənim üçün təkcə təqvimdə bir gün deyil, yenilənmə, ümid və birlik rəmzidir. Bu bayram uşaqlıq xatirələrimi, ailəvi süfrələri, tonqal ətrafında toplaşmağı və səmimi münasibətləri yada salır. Bu bayramı digərlərindən fərqləndirən əsas səbəb onun dərin milli və mənəvi məna daşımasıdır. Novruz təbiətin oyanışı ilə insan ruhunun yenilənməsini birləşdirir. İnsanlar küsülüləri barışdırır, ehtiyacı olanlara yardım edir və paylaşma mədəniyyətini yaşadır. Bu xüsusiyyətlər Novruzu mənim üçün daha doğma və dəyərli edir. Gələcək nəsillər üçün Novruz bayramı və digər milli-mənəvi bayramların qorunması çox vacibdir. Bu bayramlar xalqın kimliyini, tarixini və dəyərlərini yaşadır. Onların qorunması gənc nəsildə milli şüurun formalaşmasına, ənənələrə hörmətin artmasına və mədəni yaddaşın itirilməməsinə xidmət edir”.

 

Fikirlərini saytla bölüşən Zəhra Əsədli bildirib ki, onun üçün ən doğma bayram 8 Martdır:

 

“Bu gün qadınlara verilən dəyəri və hörməti hiss etdirir. Səmimi sözlər, kiçik diqqətlər insanın qəlbini isidir. 8 Mart mənə güclü və dəyərli olmağı xatırladır. Buna görə bu bayram mənim üçün xüsusidir. Bu bayramın digərlərindən fərqi ondadır ki, o, qadına olan hörmət və dəyəri xüsusi olaraq ön plana çıxarır. Sözlər və diqqət bu gün daha səmimi hiss olunur. İnsan öz dəyərini daha dərindən anlayır. Azərbaycanda əsas milli bayramlar Müstəqillik Günü, Respublika Günü, Dövlət Bayrağı Günü və Qurtuluş Günüdür. Bu bayramlar gələcək nəsillər üçün çox vacibdir. Bu günlər xalqın tarixini, dövlətçiliyini və vətənpərvərliyini xatırladır, gələcək nəsillərə milli dəyərləri çatdırır”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər