00:00:00
Yazar
Asiman Vəliyeva
06.04.2026 21:00 32 2 dəq oxuma
Sosial

İnternet və mobil paketlərin bahalığı

İnternet və mobil paketlərin bahalığı

Son zamanlar internet və mobil paketlərin qiymətlərinin yüksək olması vətəndaşlar arasında narazılıq yaradıb. Xüsusilə, gənclər və tələbələr bu vəziyyətin gündəlik istifadəni çətinləşdirdiyini bildirirlər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azercell mobil şəbəkə bildirib ki, mobil operatorlar mobil rabitə sahəsində müşahidə olunan qlobal və yerli trendləri nəzərə alaraq xidmət və tarif portfelinin optimallaşdırılmasını mütəmadi şəkildə həyata keçirir:

 

“Mövcud tarif paketlərinin optimallaşdırılması zərurəti yarandıqda bu dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilir. Son illərdə istifadəçi davranışlarında baş verən dəyişikliklər-xüsusilə, sosial şəbəkələrdə aktivliyin artması, video və digər multimedia kontentə yüksək tələbat, həmçinin rəqəmsal ünsiyyət platformalarının geniş istifadəsi mobil data sərfiyyatının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Hazırda mobil internet trafikinin əsas hissəsi yüksək keyfiyyətli video məzmun (HD və 4K), qısa video platformaları, canlı yayımlar və onlayn görüşlər üzərində cəmləşir. Bu tendensiya həm gündəlik həyatın, həm də iş və təhsil proseslərinin ayrılmaz hissəsinə çevrilib və şəbəkəyə düşən yükün davamlı şəkildə artmasını şərtləndirir".

 

Həmçinin müsahibəmizdə qeyd olunub ki, “Azercell Telekom” MMC təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində, abunəçilərə mobil rabitədən istifadə sıxlığına görə, həmçinin abunəçilərin məmnuniyyətini, həmçinin rahatlığını təmin etmək üçün fakturalı və fakturasız (SimSim) xətt sistemində müxtəlif tarif paketləri təklif edir:

 

“Fakturalı və yaxud fakturasız (SimSim) xətt sistemlərində, abunəçilər sərbəst olaraq, öz mülahizələrinə əsasən müəyyən etdikləri tarif paketlərini seçə bilərlər. Bu çərçivədə tarif yanaşmaları istifadəçilərin real istehlak vərdişlərinə uyğun olaraq formalaşdırılır və daha çox data, danışıq dəqiqələri və əlavə imkanları bir araya gətirən kompleks paketlər şəklində təqdim olunur. Xüsusilə, gənc istifadəçilərin və tələbələrin ehtiyacları nəzərə alınaraq müxtəlif istifadə ssenarilərinə uyğun çevik və fərqli büdcə seçimləri təqdim edilir.
Onu da qeyd edək ki, mobil xidmətlərin qiymətləri yalnız tarif paketlərinin tərkibi ilə deyil, eyni zamanda şəbəkə infrastrukturuna yatırılan davamlı investisiyalar, texnoloji yenilənmələr, artan trafik yükünün idarə olunması nəzərə alınmaqla formalaşdırılır. Şəbəkə keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması məqsədilə genişmiqyaslı modernizasiya və genişlənmə işləri planlı şəkildə həyata keçirilir. Bu investisiyalar istifadəçilərə daha stabil bağlantı, yüksək sürət və etibarlı xidmət təcrübəsi təqdim etməyə yönəlib. Qeyd etmək istərdik ki, mobil data istehlakının sürətli artımı və yüksək keyfiyyətli kontentə keçid qlobal telekommunikasiya bazarlarında da oxşar yanaşmaların tətbiqini şərtləndirir və bu proses ümumilikdə sektor üzrə müşahidə olunan transformasiyanın bir hissəsidir. Azercell olaraq məqsədimiz dəyişən rəqəmsal tələbat fonunda abunəçilərimizə daha dayanıqlı, keyfiyyətli və dəyər yönümlü xidmətlər təqdim etməkdir”.


Gövhər Mehyəddinova

 

#azərbaycan #baki #xəbər #i̇nternet
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər