00:00:00
Yazar
Admin User
28.03.2016 10:17 532 1 dəq oxuma
Siyasət

İntiqam Əliyev azadlığa buraxıldı - 5 il şərti cəza

Zakir Qaralovun hüquq müdafiəçisi İntiqam Əliyev barəsində seçilən cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılır.
İntiqam Əliyev azadlığa buraxıldı - 5 il şərti cəza

\"Qafqazinfo\"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, proses bu dəqiqələrdə başlayıb. Məhkəmə qapalı keçirilir və İntiqam Əliyev iclasa gətirilməyib.

Məhkəmədə Zakir Qaralovun protestini onun müavini Namiq Əsgərov müdafiə edir.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***

Prezidentin imzaladığı son əfv sərəncamı ilə azadlığa çıxan  Tofiq Yaqublu və Anar Məmmədli də İntiqam Əliyevə dəstək üçün məhkəmənin qarşısına gəliblər.

Ali Məhkəmənin qərarı ilə İntiqam Əliyev 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılıb. Vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında İntiqam Əliyevin yaxın saatlarda təcridxanadan azad olunacağını bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər