00:00:00
Yazar
Admin User
01.12.2025 18:39 96 2 dəq oxuma
İqtisadiyyat

“İnvestorların cəlbi üçün bir neçə kompleks faktorlar tələb olunur”

“İnvestorların cəlbi üçün bir neçə kompleks faktorlar tələb olunur”

Azərbaycan Mərkəzi Bankı (AMB) Çin ilə rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi aparırıq. Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzuları müzakirə edilib.

 

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli "İnformator.az" a açıqlamasında bildirib ki, hazırda ödəniş sistemləri, elektron valyuta, QR kodlar, mobil ödəniş alətləri və ümumilikdə ödəniş xidmətləri fəal şəkildə müzakirə olunur:

 

"Rəqəmsal valyuta bu müzakirələrin əsas mövzularından biridir. Beynəlxalq əməkdaşlıq vacibdir. Rəqəmsal valyutaların tətbiqi və sınaq mərhələləri ölkələr arasında təcrübə və texnologiya mübadiləsini tələb edir. Çin bu sahədə qabaqcıl ölkələrdən biri kimi, Avrasiyanın ən böyük iqtisadi güclərindən biri olaraq, bu əməkdaşlıqlarda mühüm rol oynaya bilər. Rəqəmsal valyutaların və rəqəmsal ödəniş sistemlərinin tətbiqi investisiya cəlb edilməsinə müsbət təsir göstərə bilər. Bu da öz növbəsində, Azərbaycanın rəqabət qabiliyyətinə və investor cəlbetmə potensialına müsbət təsir göstərə bilər. Təbii ki, bu tək amil deyil. İnvestorların cəlbi üçün bir neçə kompleks faktorlar tələb olunur. Lakin rəqəmsal sistemlərin inkişafı və inteqrasiyası bu prosesin əsas şərtlərindən biri ola bilər. Bazar rəqabəti də investorlar üçün eyni prinsip üzrə işləyir, yəni investorların cəlb olunması üçün rəqabət aparılır. Bu rəqabət çox vaxt və resurs tələb edir, təqribən 5-10 il müddətində nəticə verə bilər. Amma rəqəmsal sistemlərin tətbiqi və inkişafı bu prosesi sürətləndirə və Azərbaycanın rəqabət qabiliyyətini artıraraq investorları daha tez cəlb etməyə kömək edə bilər".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər