00:00:00
Yazar
Admin User
02.12.2025 17:53 93 3 dəq oxuma
Sosial

İqlim dəyişiklikləri: Ekstremal hava hadisələri artır

İqlim dəyişiklikləri: Ekstremal hava hadisələri artır

Dünyanın müxtəlif bölgələrində qeyri-adi istilər, güclü yağışlar və quraqlıq kimi ekstremal hava hadisələrinin sayı son illərdə artıb. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri həm insanların gündəlik həyatına, həm də ölkələrin iqtisadi fəaliyyətinə təsir göstərir.

 

Bir çox dövlətlər kənd təsərrüfatı məhsuldarlığında azalma, şəhər infrastrukturunda yüklənmə və su ehtiyatlarının idarə olunmasında çətinliklərlə üzləşir. Mütəxəssislər hesab edir ki, yaxın illərdə bu tendensiya güclənə bilər və ölkələr uyğunlaşma tədbirlərini sürətləndirməlidir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, ekstremal hava gözlənilməyən, qeyri-adi, kəskin və ya mövsümdənkənar hava şəraiti deməkdir:

 

"Bu hadisələrə əsasən normadan artıq atmosfer yağıntıları, quraqlıq dövrünün artması, ifrat isti və ya soyuq havanın qeydə alınması ilə əlaqələndirilir. Müasir dövrümüzdə daha aktual olan və gündəmi alan iqlim dəyişikliyi ilə bu cür hadisələrin intensivliyinin və tezliyinin artmasına səbəb olur. Qeyd etdiyiniz kimi ekstremal hava kənd təsərrüfatı, enerji təminatı və şəhər infrastrukturuna ciddi ziyanlar vurur. BUnlarla yanaşı, əhalinin sağlamlığı və gündəlik təsərrüfat fəaliyyətində də bəzi problemlər yaradır. Coğrafiya İstitutu olaraq, havada müşahidə edilən, intensivliyi və tezliyi ilə yanaşı, dağıdıcı gücü ilə də gündəmdə olan bu tip hadisələr öyrənilir. Hazırda ekstremal hava şəraiti ilə bağlı risklərin müəyyən edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində araşdırmalar aparılır. Bunlara misal olaraq, Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi, son zamanlar intensiv hal alan sürüşmə hadisələrinin, eləcə də səhralaşma indikatorlarının öyrənilməsi istiqamətində işlər həyata keçirlir. 

 

İqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı dövlətlərarası tədbirlər planının işlənilməsi və onun icrası ilə bağlı müvafiq işlər həyata keçirilir. İqlim ekspertləri bu tp tədbirlərdə yaxından iştirak edirlər. Lakin unutmaq olmaz ki, sənaye inqilabından əvvəlki dövrdən qlobal temperatur təxminən 1,1°C artıb və mövcud tendensiya hazırda da artmaqda davam edir. İqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən mühüm qlobal problemlərdən biri olduğu üçün biz iqlim əyişikliklərinə uyğunlaşma ilə bağlı prioritetləri daim gündəmdə saxlamalıyıq. Bu anil yalnız ekosistemi deyil, həmçinin iqtisadiyyatı, sosial sferasi və əhalinin sağlamlığını düşündürən amildir. Bununla yanaşı bildirim ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalayıb, 2024-cü ildə isə “İlkin Milli Uyğunlaşma Planı” adlı sənəd hazırlamış və sənəddə iqlim həssaslığını azaltmaq və iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə qısamüddətli (2025-2026-cı illər) və ortamüddətli (2027-2030-cu illər) prioritet tədbirləri müəyyən etmişdir. Bu proqramda su ehtiyatları, kənd təsərrüfatı, insan sağlamlığı və s. prioritet istiqamətlər kimi müəyyən olunub".

 

Mövzu ilə bağlı açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Verdiyeva Aydan isə bildirib ki, son illərdə hava şəraitindəki dəyişikliklər gündəlik həyatımıza təsir edir:

 

"Yayda həddən artıq istilər çöldə hərəkəti çətinləşdirir, qəfil yağışlar və külək isə nəqliyyat və planlarda problemlər yaradır. Havanın tez-tez dəyişməsi sağlamlığa da mənfi təsir göstərir. Buna görə iqlim dəyişikliyi artıq hamımız tərəfindən hiss olunur".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər