İqlim dəyişiklikləri və onların dünya iqtisadiyyatına təsiri
Son illərdə qlobal iqlim dəyişiklikləri yalnız ekoloji deyil, həm də iqtisadi təhlükə mənbəyinə çevrilib.
Mövzu ilə bağlı deputat Məhbubə İbrahimova “İnformator.az”a bildirib ki, qlobal iqlim dəyişikliyi 21-ci əsrin ən ciddi çağırışlarından biridir:
“Bütün ölkələrin üzləşdiyi bu problemin qarşısını almaq asan deyil. Amma iqlim dəyişikliyinin yaratdığı fəsadların qarşısını almaq üçün bəşəriyyət birləşməlidir. Ən ağır zərbələr iqtisadiyyatlara dəyir və insan həyatında ciddi təhlükələr yaradır. BMT və bir sıra beynəlxalq təşkilatlar bu istiqamətdə birgə fəaliyyət göstərir. Gələcək illərdə iqlim dəyişiklikləri dünya iqtisadiyyatına daha ağır təsirlər göstərə bilər. Bir sıra ölkələr bu sahədə ciddi tədbirlər görür, Azərbaycanın fəaliyyəti də diqqətəlayiqdir. Azərbaycan iqlim dəyişikliyinin yaratdığı risklərin qarşısını almaq üçün mühüm töhfələr verir. Prezidentimizin rəhbərliyi sayəsində dayanıqlı enerji mənbələri qurulur və ölkəmiz həm regional, həm də beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. ABŞ-nin 12 ölkəsi ilə əməkdaşlıq Azərbaycan üçün iqlim siyasətində önəmli bir addımdır. Qlobal iqlim dəyişikliyinə qarşı tədbirlər yalnız milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq vasitəsilə mümkün ola bilər. Bu yanaşma həm iqtisadi zərəri azaldır, həm də dayanıqlı inkişafı təmin edir. Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatın bütün sahələrinə təsir göstərir və bu təsirlərin yumşaldılması üçün davamlı və elmi əsaslı tədbirlər zəruridir”.
Fatimə Hüseynli
