00:00:00
Yazar
Admin User
18.11.2025 14:58 101 1 dəq oxuma
Maraqlı

İqlim fəlakətinə qarşı təcili tədbir çağırışı

İqlim fəlakətinə qarşı təcili tədbir çağırışı

 

Cop30-un ikinci həftəsində Yamayka, Kuba və Mavrikiy kimi iqlimə həssas ölkələr qlobal istiləşmənin ən ağır nəticələrindən qorunmaq üçün təcili emissiya azaldılmasına çağırış ediblər. Yamaykanın naziri Matthew Samuda “Bu, sağ qalma məsələsidir” deyərək, üç həftə əvvəl ölkəni dağıdan 5-ci kateqoriya Melissa qasırğasının 10 milyard dollarlıq ziyan vurduğunu xatırladıb.

 

Kuba nümayəndələri də qasırğanın ölkəni su altında qoyduğunu bildirərək gecikmənin artıq ölümcül nəticələrə səbəb ola biləcəyini deyiblər. Mavrikiy isə emissiyaların azaldılmasını “mənəvi borc” adlandırıb.

Braziliya və BMT rəsmiləri danışıqlarda irəliləyişin zəif olduğunu, vədlərin reallığa çevrilmədiyini deyirlər. Cop30-un “yüksək səviyyəli” mərhələsində nazirlər maliyyə, ticarət, şəffaflıq və 1.5°C hədəfi kimi ən çətin məsələlər üzrə razılaşma əldə etməyə çalışırlar.

Kənd təsərrüfatı və “zərər və ziyanın ödənilməsi” kimi bəzi məsələlərdə razılıq əldə olunsa da, karbon bazarları, gender və iqlimə uyğunlaşma mövzularında danışıqlar hələ davam edir. Braziliya mümkün “mutirao qərarı” üzərində işləyir. Bu, yekun Cop sənədinə bənzər ümumi nəticə sənədi ola bilər.

Papanın da bəyanatında qeyd edilib ki, Paris sazişi güclü olsa da, siyasi iradənin çatışmazlığı iqlim mübarizəsinə mane olur: “Problem razılaşmada deyil, bizim reaksiyamızdadır".


The Guardian
Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər