00:00:00
Yazar
Admin User
21.11.2025 19:04 146 2 dəq oxuma
İqtisadiyyat

İqtisadi artım və rəqabət qabiliyyəti strategiyası

İqtisadi artım və rəqabət qabiliyyəti strategiyası

Milli iqtisadiyyatımızın dayanıqlı və qabaqlayıcı inkişafının təmin edilməsi baxımından makroiqtisadi siyasətin ən mühüm komponentlərindən olan büdcə siyasətinin təhlili kontekstində təqdim edilən 2026-cı ilin büdcə zərfinin strukturu onu deməyə əsas verir ki, 2026-cı ildə həyata keçiriləcək büdcə prosesi ilə bağlı hökumətin baxışı iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına istiqamətlənib.

 

Mövzu ilə iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət xərclərinin artırılması iqtisadi fəallığı canlandırmaq baxımından mühüm əhəmiyyət daşıyır:

 

“Büdcənin əsas məqsədlərindən biri ölkənin iqtisadi artımını dəstəkləməkdir. Növbəti ildə dövlət büdcəsindən iqtisadi fəaliyyətin stimullaşdırılması üçün 7.6 milyard manat həcmində vəsaitin ayrılması planlaşdırılır. Ümumiyyətlə, dövlət xərclərinin artırılması iqtisadi fəallığı canlandırmaq baxımından mühüm əhəmiyyət daşıyır və bu, iqtisadi artıma birbaşa təsir göstərir.

2026-cı il üçün dövlət büdcəsinin həm gəlirlərində, həm də xərclərində nəzərəçarpacaq artım nəzərdə tutulur. Təxminən 41 milyard manatlıq xərclər real sektor üçün yeni imkanlar yaradacaq. Bu büdcə paketi iqtisadi sistemin tələblərinə cavab verərək artımın davamlılığını təmin edəcək.

Xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxarılıb. Növbəti ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daha çox vəsaitin daxil olacağı gözlənilir. Bu isə iqtisadiyyatın davamlı və şaxələndirilmiş inkişafı üçün mühüm addımdır.

Eyni zamanda, fiskal dayanıqlığın və diversifikasiyanın təmin olunması prioritet olaraq qalır. Bu istiqamətdə atılan addımlar nəticəsində qeyri-neft sektorunun həm büdcədə, həm də ümumi iqtisadiyyatda payının artması müşahidə olunacaq. Bu da ölkənin iqtisadi təhlükəsizliyi və sabitliyi üçün vacib göstəricidir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər