“İqtisadi fürsətlər və logistik fürsətlər bağı yaranır” - ŞƏRH
“Narahatlıqlarımıza və qorxularımıza baxmayaraq, Amerika Birləşmiş Ştatlarından ən yüksək səviyyədə TRIPP layihəsinin prioritet olaraq qaldığına dair zəmanət aldıq”.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi münasibətlərin və beynəlxalq tranzit koridorlarının yenidən işə düşməsi deməkdir:
“Bu, Azərbaycan və Ermənistan üçün həm əlavə fürsətlər yaradır, həm də tranzit ölkəsinə çevrilmək üçün hər iki ölkənin geniş imkanları yaranır. Ən vacibi isə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi, oradan Türkiyə ilə birbaşa əlaqəsi, Türkiyədən isə Naxçıvan və Zəngəzurdan keçməklə Azərbaycan üzərindən Orta Asiya respublikalarına və əks istiqamətdə geniş iqtisadi və logistik fürsətlər bağı yaranır. Yəni bu layihənin reallaşdırılması Cənubi Qafqazın həm təhlükəsizliyi nöqteyi-nəzərindən, həm də iqtisadi inkişafı nöqteyi-nəzərindən kifayət qədər ciddi, uğurlu və düşünülmüş bir layihədir. Ümid edək ki, 2027-ci ildə artıq bu layihə fəaliyyətə başlayacaq”.
Aytac İbrahimova