İqtisadiyyatın çağırışları və həll yolları
Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf edir, amma hələ də qarşısında ciddi çağırışlar durur. Sahibkarlar yeni layihələrə başlayır, gənclər iş tapır, yerli istehsal güclənir, amma problemlər hələ də qalmaqdadır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, ölkədə iqtisadiyyatın əsas problemi qanunsuzluqdur:
“Bazar iqtisadiyyatı üç əsas prinsipə əsaslanır: mülkiyyət hüququnun qorunması, müqavilələrin icrası və sağlam rəqabət. Lakin Azərbaycanda bu prinsiplər yetərincə qorunmur, adi vətəndaşlar sahibkarların mülklərinə müdaxilə edir və “burada nəsə edəcəyik” deyirlər. Halbuki qanun var. Məhkəmələr isə bəzən qərar çıxarır, sonra onu qanuniləşdirir. Belə şəraitdə sahibkarlar məcbur olub pul ödəyir. Azərbaycanda müqavilənin bir tərəfi icra edilmir, sahibkar zərər çəkir. Məhkəmələr isə vəziyyəti daha da çətinləşdirir. Sağlam rəqabətin olmaması iş qurmağı və gəlir əldə etməyi çətinləşdirir. Belə şəraitdə kim işləyə bilər? Kim pul qazana bilər? Bu, böyük problemdir. Ona görə də ilk növbədə bununla məşğul olmaq lazımdır. Gənclərin işlə təmin olunması da vacib məsələdir. Əgər mülkiyyət, biznes və iqtisadi inkişaf yoxdursa, gənclər də iş tapa bilməz. Bu gün gənclər işsizlikdən əziyyət çəkir, sahibkarların inkişafı təhsil sisteminə də təsir edir və keyfiyyətli kadrların yetişməsinə şərait yaradır. Əsas səbəb daxili deyil, xarici amillərlə bağlıdır. Biz əksər malları xaricdən gətiririk. Xaricdə bahalaşma olarsa, Azərbaycanda da qiymətlər artır".
Ayşə Müzəfərli
