00:00:00
Yazar
Güllər Gülhüseynova
23.04.2026 20:52 28 1 dəq oxuma
Dünya

İran ABŞ və İsrailin rabitə və kosmik obyektlərinə zərbələrini pisləyib

İran ABŞ və İsrailin rabitə və kosmik obyektlərinə zərbələrini pisləyib

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəliyi Nyu-Yorkda ABŞ və İsrailin rabitə və kosmik mərkəzlərlə bağlı mülki infrastrukturu hədəfə almasına qarşı kəskin etirazını bildirib. Eyni zamanda, region ölkələrini öz ərazilərinin “hərbi təcavüz” üçün istifadə olunmasının qarşısını almağa çağırıb.


“ABŞ və sionist rejim İran İslam Respublikasının mülki kosmik və rabitə infrastrukturuna qarşı həyata keçirdikləri qeyri-qanuni hərəkət və hücumların nəticəsində yaranan bütün zərər və fəsadlara görə tam beynəlxalq məsuliyyət daşıyacaq”, - deyə bəyanatda qeyd olunub.

 

İranın səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bu açıqlamanı BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı rəsmi etiraz məktubunda bildirib.

 

İranın dövlət xəbər agentliyi İRNA-nın Nyu-Yorkdan yaydığı məlumata görə, o xəbərdarlıq edib ki, rabitə texnologiyaları (İKT) və kosmik obyektlər daxil olmaqla mülki infrastruktura hücumların mənfi təsirləri İranın sərhədlərindən kənara da yayılır.

 

“Yerüstü stansiyaların və rəsədxanaların hədəfə alınması ətraf mühitin monitorinqi, fəlakətlərin idarə olunması və qlobal telekommunikasiya kimi beynəlxalq əhəmiyyətli kosmik xidmətləri pozur”.

 

Məktubda əlavə olunub ki, “bu cür addımlar kosmosdan sülh məqsədli istifadə ilə bağlı ümumi maraqlara zərbə vurur”.

 

ANEWZ
Lalə Qurbanlı

#kosmik #gündəm #obyektlərinə #pisləyib #rabitə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər