00:00:00
Yazar
Admin User
18.06.2025 10:29 139 1 dəq oxuma
Dünya

İran bir daha İsrail F-35 təyyarəsini vurub

İran bir daha İsrail F-35 təyyarəsini vurub

 

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Vəramin şəhəri üzərində İsrailə məxsus F-35 qırıcı təyyarəsini vurub. 

Təyyarə Cavadabad ərazisində yerə düşüb.

Qeyd edək ki, iyunun 13-də başlayan İran-İsrail gərginliyindən sonra vurulan beşinci F-35-dir. 

 

İLNA agentliyi həmçinin həmin ərazidə İsrailə məxsus pilotsuz uçuş aparatının da məhv edildiyini bildirib.

 

Xatırladaq ki, İsrail 13 iyuna keçən gecə “Rising Lion” əməliyyatı çərçivəsində İranın nüvə obyektləri də daxil olmaqla 100-dən çox hədəfə hücum edib. Cavab olaraq İran da İsraildəki hərbi və strateji obyektlərə raket zərbələri endirib. Hər iki tərəf hücumlar nəticəsində itkilər olduğunu təsdiqləsə də, zərərin məhdud olduğunu vurğulayıb.

 

TASS

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər