00:00:00
Yazar
Zeynəb Yunuszadə
22.04.2026 21:42 30 1 dəq oxuma
Dünya

İran danışıqlar fonunda sərt açıqlama verib

İran atəşkəs pozuntularını əsas gətirərək Hörmüz boğazı ilə bağlı sərt mövqe bildirib. Regionda gərginlik davam edir.
İran danışıqlar fonunda sərt açıqlama verib

Məhəmməd Baqir Qalibaf ABŞ-lə aparılan danışıqlar fonunda bildirib ki, atəşkəs pozulduğu halda Hörmüz boğazının yenidən açılması mümkün deyil.

"İnformator.az" "BBC"-yə istinadən xəbər verir ki, o, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını və İsrailin hərbi addımlarını atəşkəsin pozulması kimi dəyərləndirib və bunu qlobal iqtisadiyyata təzyiq kimi xarakterizə edib. Qalibaf qeyd edib ki, hərbi təzyiq nəticə verməyəcək və yeganə çıxış yolu İran xalqının hüquqlarının tanınmasıdır.

 

Məlumata görə, onun ABŞ-nin vitse-prezidenti ilə Pakistanda keçirilməsi planlaşdırılan danışıqları hələ başlamayıb. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp atəşkəsin müddətini uzadıb, İran isə Hörmüz boğazında iki yük gəmisini ələ keçirdiyini açıqlayıb.

#açıqlama #azərbaycan #fonunda #danışıqlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər