İran etirazlarla bağlı saxlanılan gəncin edamının planlaşdırıldığını təkzib edib
İranın məhkəmə sistemi ölkədə baş verən son etirazlarla əlaqədar saxlanılan bir şəxsin edamının planlaşdırıldığını inkar edib.
Norveçdə yerləşən kürd hüquq-müdafiə təşkilatı Hengaw bu həftənin əvvəlində bildirib ki, 26 yaşlı Erfan Soltaninin ailəsinə onun saxlanıldıqdan cəmi bir neçə gün sonra, çərşənbə günü edam ediləcəyi deyilib.
Çərşənbə günü Hengaw ailəyə istinadən Soltaninin edamının “təxirə salındığını” açıqlayıb, lakin onun həyatı ilə bağlı “ciddi və davam edən narahatlıqların” qaldığını vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə bu xəbərə reaksiya verərək, “Bu yaxşı xəbərdir. Ümid edirik ki, belə də davam edəcək!” , - deyib. O, daha əvvəl İranı etirazçılara qarşı edam hökmü icra etməməyə çağırıb.
BBC NEWS
Banu Məmmədova
