İran hücumu ABŞ-ni qarışdırıb!
ABŞ-nin İranda Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava hücumu təşkil etməsi bütün dünyada narahatlıq doğurduğu bir vaxtda, ölkə daxilindən də Trampa etiraz səsləri yüksəlib. ABŞ senatoru Berni Sanders bu addımı İraqın işğalı ilə müqayisə edərək “Tarixin təkrarlanmasına imkan verə bilmərik”,- deyib. Trampın partiyasından olan Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı üzvü Marjori Teylor Qrin isə “Artıq bəsdir” deyərək narazılığını ifadə edib.
ABŞ senatoru Berni Sanders Texas ştatında qatıldığı tədbirdə etdiyi çıxışında ABŞ-nin İrandakı 3 nüvə obyektinə etdiyi hücumları dəyərləndirib.
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun hücumlarla bağlı istifadə etdiyi ritorikanın, Netanyahunun və sabiq ABŞ Prezidenti Corc Buşun İraqın işğalından öncə istifadə etdiyi ifadələrlə bənzərliyinə diqqət çəkən Sanders deyib:
“Corc Buş ‘Səddam Hüseyn rejimi nüvə bombası istəyir’ deyərək hücumu müdafiə etmişdi".
Sanders əlavə edib:
“Həmin dövrdə heç bir kütləvi qırğın silahı tapılmadı. O müharibə yalan üzərində qurulmuşdu və nəticədə 4500 gənc amerikalı həyatını itirdi, 32 min nəfər yaralandı və trilyonlarla dollara başa gəlib".
İrandakı nüvə obyektlərinə hücumdan sonra ölkədə verilən təhlükəsizlik xəbərdarlıqlarına diqqət çəkən Qrin isə bildirib:
“Amerikanın müharibəyə getməsi ilə bağlı tələblərin sona çatmasını arzulayıram” və əlavə edib: “Artıq bəsdir".
ABŞ Prezidenti Donald Tramp dünən açıqlamasında İranda Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava hücumu təşkil etdiklərini və bu kritik nöqtələrin “tamamilə məhv edildiyini” bildirib.
Haberler.com
Aygün Babayeva