00:00:00
Yazar
Elmira Ağayeva
19.06.2026 21:18 15 1 dəq oxuma
Araşdırma

İran Körfəz ölkələrinə İraq üzərindən gizli hücumlar təşkil edib 

İran Körfəz ölkələrinə İraq üzərindən gizli hücumlar təşkil edib

 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqda yeni, gizli silahlı qruplar yaradaraq Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-yə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib. Mənbələr bildirir ki, bu kiçik qruplar birbaşa SEPAH-a tabe olub, mövcud şiə silahlı şəbəkələrindən kənarda fəaliyyət göstəriblər və hücumlar əsasən Bəsrə və Səmava yaxınlığından həyata keçirilib.


İraqın yeni baş naziri Əli əl-Zaidi hücumları pisləyərək Körfəz ölkələri ilə birgə araşdırma aparılacağını bildirib. ABŞ isə Bağdaddan İranla əlaqəli bütün silahlı qrupların tərksilah edilməsini tələb edir. İran tərəfi isə “müqavimət qruplarına” dəstəyin müzakirə mövzusu olmadığını bəyan edib.

 

Reuters
Mələk Hüseynova

#İran #İraq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər