İran: Növbəti mərhələ ilə bağlı razılaşma yoxdur
İran ABŞ ilə danışıqların növbəti mərhələsi barədə hələlik heç bir razılaşmanın əldə olunmadığını açıqlayıb. IRNA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, İran və Pakistan arasında mesaj mübadiləsi davam etsə də, yeni görüşün yeri və vaxtı ilə bağlı qərar qəbul edilməyib.
Mənbələr bildirib ki, danışıqlar istənilən vaxt və məkanda keçirilə bilər, lakin hazırda rəsmi razılaşma yoxdur. Pakistan Xarici İşlər Nazirliyinə yaxın şəxslər isə növbəti mərhələnin İslamabad, Ankara və ya Cenevrədə baş tuta biləcəyini istisna etməyiblər.
TRT HABER
Mələk Hüseynova