00:00:00
Yazar
Zeynəb Yunuszadə
20.04.2026 21:17 24 1 dəq oxuma
Dünya

İran nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək?

İran nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək?

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə növbəti danışıqlarda yalnız vitse-prezident Cey. Di. Vensin iştirak edəcəyi halda İslamabada səfər edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The New York Times" iki iranlı məmura istinadən məlumat yayıb.

 

Mənbələrin sözlərinə görə, İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün aprelin 21-də İslamabada getməyi planlaşdırır. Qəzetin yazdığına görə, Vens də həmin gün Vaşinqtondan Pakistana yola düşməlidir.

 

Lakin aprelin 20-də ABŞ Prezidenti Donald Tramp "New York Post"a bildirib ki, Vensin rəhbərlik etdiyi nümayəndə heyəti artıq danışıqlar üçün İslamabada yola düşüb. Nümayəndə heyətində prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və müşavir Cared Kuşner də yer alırlar.

 

"Al-Jazeera" isə İran tərəfinin danışıqlarda iştirakdan imtina etdiyinə dair bəyanatlarına baxmayaraq, Pakistan hökumətinin ABŞ və İrandan olan nümayəndə heyətlərinin İslamabada səfərinə hazırlaşdığını bildirib.

#yeni #xəbər #danışıqlar #azərbaycan #heyəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər