00:00:00
Yazar
Güllər Gülhüseynova
26.04.2026 09:52 10 1 dəq oxuma
Dünya

İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır-SEPAH

İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır-SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib.

 

"İnformator.az" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.

 

"ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşacaq və bu, strateji çəkindirmə səviyyəsinə çatacaq", - bəyanatda bildirilib və əlavə edilib ki, İran Ordusu bütün təxribatlara hazırdır:

 

"İran Silahlı Qüvvələri düşmənin hücumlarının qarşısı ala bilər, o cümlədən SEPAH əməliyyat və müdafiə planlarını qiymətləndirib. Hərbi əsirlər üçün düşərgələr də hazırdır".

 

Bəyanatda vurğulanır ki, ABŞ və İsrail üçün yeganə yol və seçim - insan və maddi-texniki resurslarının qalıqlarını toplayaraq bölgəni tez tərk etməkdir.

#xəbər #ordusu #hazırdır-sepah #istənilən #i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər