00:00:00
Yazar
Asiman Vəliyeva
02.05.2026 14:57 123 2 dəq oxuma
Araşdırma

İran ordusu ABŞ və İsraillə yenidən müharibə ehtimalı barədə xəbərdarlıq edib

İran ordusu ABŞ və İsraillə yenidən müharibə ehtimalı barədə xəbərdarlıq edib

ABŞ-İsrail müharibəsinin yenidən başlaması ehtimalı Ağ Evin heç bir razılaşmaya və ya müqaviləyə sadiq olmadığını göstərməsi ilə bağlıdır. “Hər iki tərəf özünü qalib, digər tərəfi isə məğlub hesab edir. "Müqavilələrə sadiq qalmaq" artıq quru və formal bir şüara çevrilib”

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində Tural İrfan bildirib ki, İran və ABŞ arasında müharibə ehtimalı qalmaqdadır. Əslində bu atəşkəs ərəfəsində bir görüş istisna olmaqla normal danışıqlar da keçirilməyib, etibarlı nəticəyə varılmayıb:

 

“Hətta beynəlxalq hüququn da tapdanmasının şahidi oluruq. Artıq ABŞ-də İsrailin Yaxın Şərqdəki davranışını təkrar edir, heç bir müqaviləyə, qanuna, beynəlxalq hüquqa riayət etmir. Eyni zamanda, İran da Yaxın Şərqdə terrorçu dəstələr yaratmaq, təşkilatlar qurmaqla prosesləri hərbi həllə doğru inkişaf etdirir. Təbii ki, mövcud razılaşmalara və müqavilələrə tərəflərin məhəl qoymaması beynəlxalq hüquq pozuntusudur. Ancaq beynəlxalq təşkilatların da ciddi təsir rıçaqları yoxdur. Sadəcə qətnamə, bəyanatla kifayətlənirlər. Mövcud vəziyyət prosesləri müharibəyə doğru aparır. Dünya enerji bazarında neftin qiymətlərinə təsir etməyə yaxud təsiri aradan qaldırmağa çalışan tərəflər atəşkəs dövründə belə iqtisadi müharibəni davam etdirirlər. Xüsusən Hörmüz boğazı üzərindən aparılan rəqabət və iqtisadi vəziyyəti mütəmadi olaraq dünya bazarında qiymətlərin tarazlığını pozur. Bu qeyri-stabil vəziyyət durumu daha da tarıma çəkir. Əgər müharibə yenidən alovlanarsa neftin qiymətinin hansı istiqamətdə dəyişməsi hansı tərəfin üstün gəlməsinə bağlıdır. Əgər İran özünü və maraqlarını müdafiə edə biləcəksə, ABŞ və İsraili geri oturda biləcəksə dünya bazarında neftin qiymətinə də təsir qabiliyyəti əldə etmiş olacaq. Əks halda, ABŞ-nin İran rejimini sarsıtması və streteji, iqtisadi dayaqlara nəzarətə ələ keçirməsi bazarda da vəziyyəti onun istədiyi yöndə dəyişə bilər. Lakin indiki "nə sülh, nə müharibə" vəziyyəti dünya bazarında neftin qiymətini də qeyri-stabilliyə doğru aparır. Hər halda bu vəziyyət çox uzun çəkə bilməz. Danışıqlar razılaşma ilə nəticələnməsə, xüsusən İsrailin təkidləri qarşısında ABŞ yeni hücumlara start verə bilər. Müharibəsiz iqtisadi tələblərinə nail olmadığı təqdirdə də müharibə qaçılmaz olacaq”.

Asiman Vəliyeva

#edib #azərbaycan #barədə #i̇sraillə #müharibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər