İran ordusu yenə ABŞ-ni hədələdi: Sərt cavab verəcəyik!
İran ordusu Hörmüz boğazı ilə bağlı ABŞ-ə xəbərdarlıq edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı məlumat yayıb.
“Əgər təcavüzkar Amerika ordusu bölgədəki mühasirəsini və piratçılığını davam etdirərsə, İran ordusunun güclü cavabı ilə qarşılaşacaqlarına əmin olmalıdırlar. İran ordusu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əvvəlki dövrlərlə müqayisədə daha güclü və daha yaxşı vəziyyətdədir. Düşmənin bölgədəki hərəkətlərini yaxından izləyirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl də “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı bu kimi bəyanatlarla ABŞ ordusunu hədələyib.