00:00:00
Yazar
Banuçiçək Məmmədova
08.04.2026 17:03 21 1 dəq oxuma
Dünya

İran ordusunu məhv etdik - Heqset

İran ordusunu məhv etdik - Heqset

İran atəşkəs üçün yalvarırdı.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin hərbi naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi.

“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.

Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:

“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.

#ordusunu #məhv #gündəm #heqset #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər