İran raketi Hayfada binaya düşüb: yaralılar var
İranın İsrailin şimalına endirdiyi cavab zərbəsi zamanı Hayfa şəhərində bir binaya raket düşüb. Hadisə nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb. Raketin binaya birbaşa düşməsindən sonra qaz balonunun partlaması yanğına səbəb olub.
İsrail polisi binanın çökmə təhlükəsi olduğunu, 4 nəfərin isə itkin düşdüyünü açıqlayıb. Axtarış-xilasetmə işləri davam edir, təhlükəsizlik məqsədilə ətrafdakı binalar təxliyə edilib.
TRT HABER
Mələk Hüseynova