00:00:00
Yazar
Admin User
26.06.2025 09:43 151 1 dəq oxuma
Dünya

İran şərqə uçuşları bərpa edib

İran şərqə uçuşları bərpa edib

İran hakimiyyəti iyunun 25-dən ölkənin şərqindəki hava limanlarının fəaliyyətini bərpa edib.

"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin Yol və Şəhərsalma Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əhvan məlumat verib.

"İran ölkənin şərq hissəsi üzərində səmanı daxili, beynəlxalq və tranzit uçuşlar üçün açıb", - dövlət televiziyası onun sözlərindən sitat gətirib.

 

Qeyd edək ki, İsrail iyunun 13-də hərbi əməliyyata başladıqdan sonra İran hava məkanını bağlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər