İran təzyiq və təhdidlər altında ABŞ ilə danışıqlar aparmayacaq
Vaşinqton təhdidedici dildən istifadə etməyə davam edərsə, İran ABŞ ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirməyəcək.
"İnformator.az" xəbər verir ki, bunu Məclis sədri Məhəmməd Bağır Qalibaf bildirib.
O, ABŞ prezidenti Donald Trampın danışıqlar prosesini məcburi təslim olma forması kimi təqdim etməyə çalışdığını, lakin Tehranın belə bir yanaşmanı qəbuledilməz hesab etdiyini bildirib.
Qalibaf İranın davamlı təzyiq və təhdidlərlə müşayiət olunan dialoqa razı olmayacağını vurğulayıb.
O, həmçinin ölkənin "döyüş meydanında yeni güc balansı" nümayiş etdirməyə hazır olduğunu bildirib. Spikerin sözlərinə görə, son iki həftədir ki, buna hazırlıq işləri aparılır.