00:00:00
Yazar
Lalə Qafarova
24.02.2026 20:04 14 2 dəq oxuma
Siyasət

İran və ABŞ arasında danışıqlar mart ayında keçirilə bilər

İran və ABŞ arasında danışıqlar mart ayında keçirilə bilər

Reuters agentliyinə yüksək vəzifəli iranlı rəsmi məlumat verib. Onun sözlərinə görə, danışıqlar müvəqqəti sazişin imzalanması ilə nəticələnə bilər. Rəsmi bildirib ki, Tehran və Vaşinqton İran əleyhinə tətbiq olunan sanksiyaların ləğvinin miqyası və mexanizmi ilə bağlı fərqli mövqelərə malikdir.

 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında danışıb. O bildirib ki, hazırda İran və ABŞ arasında vəziyyət çox kritik mərhələyə çatıb. Onun fikrincə, bu mərhələdən sonra problemin danışıqlar yolu ilə həlli çox çətin görünür.

 

Deputat qeyd edib ki, indiki şərtlərdə məsələnin danışıqlarla həll olunması ehtimalı azdır. Amma siyasətdə hər şey mümkündür. Əgər danışıqlar baş tutarsa, İran böyük və strateji güzəştlərə getməlidir. Onun sözlərinə görə, İran buna hazır deyil:

 

"Donald Tramp Oman körfəzinə böyük hərbi qüvvə cəmləşdirib. Təyyarədaşıyan gəmilər və digər hərbi texnika bölgəyə göndərilib. Bunun üçün milyardlarla dollar xərclənib. ABŞ bu xərclərin qarşılığında İrandan ciddi addımlar tələb edə bilər. ABŞ-nin əsas tələblərindən biri İranın nüvə proqramı ilə bağlıdır. İran uranın zənginləşdirilməsini dayandırmalı və bu sahədəki müəssisələri bağlamalıdır. Zənginləşdirilmiş uran ehtiyatı da ölkədən çıxarılmalıdır. İran bu şərtlərlə razılaşmayacaq.

 

Digər məsələ isə İranın zəngin neft və qaz ehtiyatlarıdır. Deputatın fikrincə, hərbi toqquşma olmasa belə, ABŞ İranın enerji resursları üzərində xüsusi nəzarət əldə etməyə çalışa bilər. Onun sözlərinə görə, İranın buna razılaşması da real görünmür.

 

Hikmət Babaoğlu hesab edir ki, hadisələr daha gərgin ssenari üzrə inkişaf edə bilər. O düşünür ki, İranın hərbi gücü ritorikada göründüyü qədər güclü deyil. Deputatın fikrincə, İran ya güzəştə getməlidir, ya da müharibə ehtimalı yüksək olaraq qalacaq. O əlavə edib ki, mümkün güzəştlər arasında siyasi rejimlə bağlı tələblər də ola bilər.

 

Selcan Xudiyeva

#keçirilə #mart #danışıqlar #ayında #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər